
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Çin Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) koronavirusun ABŞ-ın “Fort-Detrik” hərbi laboratoriyası və digər ölkələrdə yerləşən laboratoriyalarından sızmasına dair versiyaları araşdırmağa səsləyib.
Bu barədə brifinq zamanı Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi Xua Çunyin bildirib.
Onun sözlərinə görə, ÜST ekspert qrupunun üzvləri bəyan ediblər ki, “zərurət yaranarsa, dünyanın hər bir yerindəki laboratoriyalarda araşdırmalar aparacaqlar”.
“Sizə məlum olduğu kimi, bu cür araşdırmalar Uxandakı laboratoriyalarda artıq keçirilib. Bəs “Fort-Detrik” nə zaman mütəxəssislər üçün açılacaq?”, – deyə o qeyd edib.
Həmçinin çinli rəsmi koronavirusun mənşəsinin araşdırılması çərçivəsində ölkəsinin ÜST-lə əməkdaşlığı davam etdirməyə hazır olduğunu da ifadə edib.
“O, qlobal xarakter daşımalıdır və dünyanın hər hansısa bir regionu ilə məmhdudlaşmamalıdır”, – deyə o əlavə edib.






























