Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın Polşadakı səfirliyi Polşa sərhədinin keçilməsi ilə bağlı yeni qaydalara dair məlumat yayıb.

Bildirilir ki, 30 martda Şenqen zonasına aid olmayan ölkələrdən gələn şəxslər, PZR-testin nəticəsindən asılı olmayaraq, 10 günlük mütləq karantindən keçməlidirlər. Karantin dövrü Polşa sərhədinin keçilməsinin 2-ci günü başlayır.

Lakin karantindən keçmək istəməyən şəxslər sərhədi keçəndən sonra 48 saat ərzində PZR və ya antigen test verərək nəticəsini Polşanın Sanitar İnspeksiyasına təqdim edə bilərlər. Bu halda əcnəbi icbari karantindən azad olunurlar. Testdən hava limanında da keçmək olar.

Şenqen zonası ölkələrindən avtomobillə gələn sərnişinlər də vacib karantindən keçməlidirlər. Onlar səfərdən ən geci 48 saat öncə edilmiş testin mənfi nəticəsini göstərməklə bundan azad oluna bilərlər.

Sərnişində mənfi test nəticəsi olmadıqda, onlar Polşaya daxil olduqları andan 48 saat içərisində test verə bilərlər. Bu halda da onlar icbari karantindən azad edilirlər.

Tam vaksinasiya kursundan keçdiklərini təsdiq edən sənədi təqdim edən şəxslər də icbari karantindən azad edilirlər.