
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Rusiya və İtaliya arasında casus qalmaqalı yaşanıb.
İtaliya xüsusi təyinatlıları komandanlığı İtaliya Hərbi Dəniz Qüvvələri (HDQ) hərbi qulluqçularından biri, həmçinin Romadakı səfirlik nəzdində çalışan rusiyalı zabitin saxlanılması barədə məlumat yayıb.
Həbslər Roma prokurorluğunun Rusiyanın xeyrinə casusluq işi üzrə verilmiş order əsasında həyata keçirilib.
Qeyd edilir kki, tutulma gizli sənədlərin əvəzinndə pul mükafatının alınması zamanı icra edilib.
Rusiyanın Romadakı səfiri Sergey Razov İtaliya XİN-ə çağırılıb.
İtaliya KİV-ləri baş verən hadisəni “soyuq müharibədən bəri ən ciddi insident” adlandırır.






























