Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, motorlu mişarla “silahlanmış” kişi ötən gün axşam saatlarında Sloveniya parlamentinin binasına daxil olmağa çalışıb.

Sloveniya Daxili İşlər Nazirliyinin məlumatına görə, ərazidə növbətçilik edən polislər onu tutublar.

Paytaxt Lyublyana şəhərinin polis idarəsindən bildirilib ki, heç kəs xəsarət almayıb.

Qeyd edilir ki, həmin kişi parlament binasına daxil olmağa cəhd göstərib və saxlanılma zamanı karantindən bezdiyini qışqırıb.

İnsident baş verən əsnada parlamentdə iclas keçirilirdi.