
Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Rusiyanın keyfiyyətə nəzarət təşkilatı “Roskaçestvo” bağlaması bütöv olan və üzəri buz kristalcıqları ilə örtülməmiş dondurmaları almağı məsləhət görür.
“Klassik dondurmada (südlüdə, qaymaqlıda və plombirdə) bitki yağlarından istifadə qəti qadağandır”, – deyə qeyd edilib.
Əgər məhsul bitki yağındandırsa, bu, artıq dondurma deyil, dondurulmuş desertdir.
“Dondurmanın tərkibində süd və ya qaymaq (ümumi çəkinin 40%-dən çoxu), kərə yağı, quru yağ, şəkər, dad inqrediyentləri, stabilizatordan istifadəyə icazə verilir”, – deyə bildirilib.
“Yağlılıq faizi (dondurmanın) adına təsir edir: 7,5%-dək südlü dondurma, 8-11,5% qaymaqlı, 12-20% plombir”, – deyə əlavə edilib.





























