Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvili müvafiq qurumlara pandemiya səbəbi ilə tətbiq edilən tənzimləmələr və məhdudiyyətlərin riayətinə nəzarəti sərtləşdirməyi tapşırıb.

“Hökumət başçısının tapşırığına müvafiq olaraq, müvafiq qurumlar tərəfindən bütün tənzimləmələrə əməl edilməsinə nəzarət daha da sərtləşdiriləcək”, – deyə hökumət administrasiyası saytında bildirilib.

Qeyd edilir ki, ölkədəki epidemioloji vəziyyət sabitləşərsə, Koordinasiya Şurası 21:00-dan 05:00-dək olan hərəkət məhdudiyyətinin müəyyən qədər yumşaldılmasını gözdən keçirməyə hazırdır.

Koordinasiya şurası vətəndaşları bir daha sosial məsafəyə əməl etməyə, maskadan istifadə etməyə və insanların çox olduğu yerlərdən çəkinməyə səsləyib.