
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Tanzaniya prezidenti Con Maqufulinin dəfni zamanı baş verən basırıqda azı 45 nəfər həyatını itirib.
Qeyd edək ki, ölkədə 21 martdan matəm mərasimləri keçirilir.
Yas mərasiminin keçirildiyi əraziyə keçmək istəyən çox sayda insan olub. Nəticədə də basırıq əmələ gəlib.
Qeyd edək ki, Mafuquli 17 martda 61 yaşında Dar-əs-Salam şəhərindəki xəstəxanada vəfat edib. Ölüm səbəbi isə ürək tutması olub.






























