
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda vətəndaşlara, o cümlədən də pandemiyanın 2-ci dalğası səbəbi ilə işini itirən vətənşlara sosial yardımın verilməsi davam edir.
Bu barədə Gürcüstan Dövlət Məşğulluğa Yardım Agentliyi məlumat verib.
Bildirilir ki, mart ayında 200 lari məbləğindəki yardım üçün qeydiyyat başlayıb. 26 129 000 lari məbləğindəki təzminat 130 645 insana ödəniləcək.
Qeyd edək ki, fevral ayında 139 618 nəfərə (27 923 600 lari), yanvar ayında isə 106 362 nəfərə (21 272 400 lari) təzminat ödənilib.
Xatırladaq ki, Gürcüstan hökumətinin anti-böhran planı çərçivəsində 2021-ci il yanvar ayından işsiz qalan insanlara 6 ay müddətində hər ay 200 lari məbləğində pul ödənilir.






























