Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan həftəsonu üçün Çinin “Sinopharm” vaksinini gözləyir.

Bu barədə Gürcüstan səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.

Nazirin sözlərinə görə, bu preparat ÜST tərəfindən təsdiqlənməsə də, Macarıstanın sərt tənzimləyici orqanı tərəfindən təsdiq edilib. İlkin mərhələdə Gürcüstan 100 min doza Çin vaksini alacaq.

“Hazırda biz bu vaksinlə necə rəftar etməli olmağımız barədə ÜST ilə məsləhətləşmələr keçiririk. Biz onların təsdiqini gözləyəcəyik”, – deyə o qeyd edib.

Tikaradze deyib ki, sözügedən vaksin gətiriləndən sonra əlavə məlumat veriləcək.

Çin vaksini öldürülmüş koronavirus əsasında hazırlanıb. “Sinopharm” şirkəti onu Uxandakı Virusologiya İnstitutu və Bioloji Məhsullar İnstitutu ilə əməkdaşlıqla hazırlayıb.

Epidemioloqlar qeyd edirlər ki, virusun öldürülməsi vaksinin yaradılmasında ən qədim və etibarlı üsullardan biridir. Bu texnologiya əsasında, məsələn, difteriya, hepatit B, poliomielit və başqa xəstəliklərə qarşı vaksinlər hazırlanıb.