
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin başçısı Amiran Qamkrelidze bildirib ki, Gürcüstan epidemioloji vəziyyət pisləşir.
Onun sözlərinə görə, ölkədə gündəlik yoluxma sayı narahatedicidir.
Qamkrelidze hesab edir ki, məsləhətlərə riayət məsələsinə nəzarəti gücləndirmək lazımdır.
“Olduqca yaxşı dinamikaya sahib olmuş yoluxma dinamıkası son iki həftədə kiçik idi, lakin pisləşməyə doğru tendensiya müşahidə edilir”, – deyə o qeyd edib.
O deyib ki, hazırkı vəziyyətin fevral-yanvardakından yaxşıdır, lakin “son iki həftədə pisləşmə əlamət və tendensiyası əmələ gəlib”.
Qamkrelidze əlavə edib ki, mənfi tendensiyanın qarşısını alınmasa, pis nəticələrə səbəb ola bilər.






























