
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd və onun həyat yoldaşı Əsma Əsədin koronavirusla bağlı karantini sona çatdı.
Bu barədə Suriya prezidentinin mətbuat xidmətindən məlumat verilib.
“Sağlamlıq səbəbi ilə təcrid dövrünün başa çatmasından, COVID-19 simptomlarının yox olmasından və mənfi PZR-testi nəticələrindən sonra prezident Bəşər Əsəd və onun həyat yoldaşı Əsma Əsəd işə geri qayıdırlar”, -deyə qeyd edilib.
Xatırladaq ki, 8 martda məlum olub ki, Bəşər və Əsma Əsədlər koronavirusa yoluxublar. Onların xəstəliyi yüngül formada keçirdikləri və karantin zamanı da distant işlədikləri bildirilmişdi.






























