Gürcüstanda son 24 saat ərzində koronavirusdan səkkiz pasiyent vəfat edib.

Az.shafaqna.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirilib.

Gürcüstanda koronavirusdan vəfat edənlərin sayı 3 773-ü təşkil edir.

Bu gün Gürcüstanda koronavirusa yoluxmanın 673 halı qeydə alınıb, 298 pasiyent müalicə olunaraq sağalıb.