Gürcüstanda Pfayzer vaksinilə peyvəndlənmə başladı

84
0

Gürcüstanda “Pfayzerlə” vaksinasiya bu gündən başlayır. Vətəndaşların vaksinasiyası Tbilisi, Batumi və Kutaisinin altı klinikasında həyata keçiriləcək.

Az.shafaqna.com 1TV-yə istinadən xəbər verir ki, peyvənd booking.moh.gov.ge saytında qeydiyyatdan keçən və viziti bron edən vətəndaşlara ediləcək.

Saytda qeydiyyatdan tibb işçiləri ilə birlikdə, 25 martdan artıq 65 yaşından yuxarı olan vətəndaşlar da keçə bilərlər.

Qeydiyyat zamanı vətəndaşların imkanı var ki, özləri “Pfayzer” və “astrazeneka” vaksinləri arasında birini seçsinlər.

Ölkədə koronavirusa qarşı “astrazeneka” peyvəndi ilə vaksinasiya 15 martdan başladı. 25 martda isə, Gürcüstan ABŞ-dan “pfayzerin” 30 minə qədər dozasını alıb.