
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hökuməti quru sərhədlərinin açılmasını müzakirə edir.
Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava jurnalistlərə bildirib.
Xatırladaq ki, Gürcüstan 1 fevraldan müntəzəm beynəlxalq uçuşlarla bağlı bütün məhdudiyyətləri ləğv edib. Ölkəyə giriş yalnız hava ilə icazəlidir. Ölkənin quru sərhədləri isə hələ qapalıdır.
“Əsas odur ki, larinin kursunun gələcək enib-qalxmasını sığortalaya bilər, bu, iqtisadiyyatın sürətli bərpasıdır. Bilirsiniz ki, biz artıq turizm üçün əsas məhdudiyyətləri demək olar ki, ləğv etmişik”, – deyə o qeyd edib.
“Turizm ölkəyə əlavə valyuta gətirəcək. Hazırda biz artıq hansı şərtlər əsasında quru sərhədlərini aça biləcəyimizi müzakirə edirik və bu, bizim maliyyə bazarımız üçün yaxşı artım olacaq”, – Turnava əlavə edib.
Qeyd edək ki, Gürcüstanda turizm sektoru pandemiyadan ən çox zərər görmüş sahələrdəndir. Belə ki, 2019-cu ildə ölkəyə gələn turistlərin sayı 9,3 milyon nəfərdən çox olub və bu sahədən həmin il 3,3 milyard dollar gəlir əldə edilmişdi.
Lakin pandemiya səbəbi ilə bu sahədən olar gəlirlər inanılmaz dərəcədə aşağı düşüb – 1,7 milyon turist və 427,7 min dollar gəlir.






























