
Rәcәb Tayyib Әrdoğan Nazirlәr Kabinetinin iclasından sonra әhәmiyyәtli bәyanatlar verib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Hüquqdan iqtisadiyyatadәk vә xalqımızın mәmnuniyyәtlә qarşılayacağı islahat proqramlarımızı tәqvimә uyğun şәkildә davam etdirәcәyik’’.
Bütün islahat paketlәrinin tәqvimә uyğun şәkildә davam etdirilәcәyini söylәyәn Türkiyә prezidenti deyib ki, әn әhәmiyyәtli islahat başlığımız xalqımıza verdiyimiz yeni konstitusiya sözüdür.
Rәcәb Tayyib Әrdoğan yeni konstitusiyanın hazırlanması ilә bağlı prosesin mümkün qәdәr geniş konsensusda davam etdirilmәsinin vә yazılacaq mәtnin bütün vәtәndaşlar tәrәfindәn qәbul edilmәsinin vacibliyini vurğulayıb.






























