Az.shafaqna.com “ParsToday”-a istinadən xəbər verir ki, Yəmən ordusu Səudiyyə Ərəbistanı rejimi muzdlularına qarşı şiddətli döyüşlər zamanı Marib əyalətinin şimal-qərbində yerləşən bir sıra əraziləri və strateji mövqeləri işğaldan azad edib.

Qızğın döyüşlər zamanı muzdlu qüvvələr məhv edilib.

Döyüşlər davam etməkdədir, Səudiyyə koalisiyası muzdlularını xilas etmək və Yəmən ordusuna mane olmaq üçün aviasiyadan istifadə edir, lakin onların bu cəhdləri heç bir fayda vermir.

Qeyd edək ki, Yəmən ordusu Marib cəbhəsində keçirdiyi uğurlu əməliyyatlarla yanaşı, dəfələrlə Səudiyyə Ərəbistanının mühüm hədəflərinə zərbələr endirib.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.