
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, BMT dünya ictimaiyyətinə 24 milyon suriyalının ehtiyacları üçün 10 milyard dolların toplanması çağırışını edib.
BMT suriyalılar arasında artan aclıq və yoxsulluğa diqqəti çəkiblər.
Bəyanatda deyilir ki, müharibə illərində ölkələrini tərk etməli olan hər 5 suriyalıdan 4-ü Suriya ilə qonşu olan ölkələrdədir.
Qeyd edilir ki, 2020-ci ilin yekununa əsasən, Suriyada və ondan xaricdə ehtiyacı olanların sayı 20 milyondan 24 milyon nəfərədək artıb. Üstəlik, 2021-ci ildə suriyalıların ehtiyaclarının qarşılanması üçün 10 milyard dollar lazımdır və bu məbləğin 4,2 milyard dolları Suriyanın özündəki suriyalıların ehtiyaclarına sərf ediləcək, qalan 5,2 milyard dollar isə qonşu ölkələrdəki qaçqınlara xərclənəcək.






























