
Az.shafaqna.com “1TV-a istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib ki, Avropa Şurası prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielsonla görüş zamanı mümkün razılığın bəzi detalları müzakirə edilib.
Onun sözlərinə görə, hakim partiya bu gün saat 18:00-da Danielsonla yenidən görüşəcək. Sabah isə, ehtimal ki, ümumi formatda görüş keçiriləcək.
“Bu gün bizim daha bir görüşümüz oldu, görüş zamanı barəsində dialoqun getdiyi mümkün razılığın bəzi detallarını müzakirə etdik. Gün ərzində yenə görüşlər baş tutacaq, daha bir görüş bu gün saat 18:00-da baş tutacaq və biz detalların müzakirəsini davam etdirəcəyik. Ehtimal ki, sabah dialoq və müzakirələr artıq ümumi formatda davam etdiriləcək”, – deyə Kobaxidze qeyd edib.





























