Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 19 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər sağalıb.

Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.

Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 1104-ə çatıb, onlardan 912 nəfər sağalıb, 16 nəfər ölüb.  Karantin rejimində 5 936 vətəndaş, stasionarlarda isə 268 nəfər qalır.

"Shafaqna" Agentliyi:
“Shafaqna” Agentliyi:

Bu günün statistikasına əsasən, faiz hesablamalarına görə, Gürcüstanda ümumi yoluxanların (1104 nəfərin) 82.61 faizi sağalıb, 1.45 faizi dünyasını dəyişib. Son günlər Gürcüstanda yoluxma sayında artım müşahidə olunur. Belə ki, bir həftə əvvəl yoluxma bir rəqəmli idisə, artıq neçə gündür say iki rəqəmli olaraq ictimaiyyətə açıqlanır.