Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İordaniyanın Kənd Təsərrüfat Nazirliyi (KTN) Əmmanda İordaniya kənd təsərrüfatı naziri Xalid əl-Hənifət və onun iraqlı həmkarı Məhəmməd əl-Xəfəci arasında keçirilmiş görüş zamanı İraqın köhnə bayrağının asılmasına görə üzr istəyib.

İordaniya tərəfi bunun “bilmədən” baş verən xəta olduğunu deyib.

“Biz cümə axşamı günü İordaniya və İraq kənd təsərrüfatları nazirlərinin keçirilmiş təkbətək görüşü zamanı protokolla bağlının xətanın olmasına dair məlumat aldıq”, – deyə İordaniya KTN-dan bildirilib.

Bəyanatda deyilir ki, Səddam Hüseyn rejimi dövrünün bayrağının asılması “bilməyərəkdən” olub və əlavə edilib ki, İordaniya “qardaş İraq xalqının seçiminə hörmət edir və onları güclü və çiçəklənən İraq uğrundakı işlərində dəstəkləyir”.

Xatırladaq ki, daha öncə İraqın kənd təsərrüfatı naziri Məhəmməd əl-Xəfaci İordaniya hökumətindən bununla bağlı üzr istənilməsini istəmişdi.

Qeyd edək ki, Səddam Hüseyn rejimi devriləndən sonra İraqın bayrağı dəyişərək aşağıdakı kimi edilib:

Reuters