Çin Sahil Mühafizə Xidrmətinə məxsus iki gəmi Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafında Yaponiyanın ərazi sularına daxil olub.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, ölkənin cənub-qərb hissəsindəki Okinava əyalətinin Naha bölgəsindəki 11-ci Sahil Mühafizə Qərargahından verilən məlumata görə, Çinə məxsus gəmilər milli ərazi sularını pozublar.

Gəmilər mübahisəli Senkaku Adaları ətrafında yerli vaxtla saat 04:00 radələrində üzüb və təxminən 04.20 radələrində Minami-Kojima Adasının 20 kilometr cənubuna qədər yaxınlaşıb.

Yaponiya Sahil Mühafizəsi Çin gəmilərini ərazini tərk etmələri barədə xəbərdarlıq edib.

İctimai yayımçı “NHK”-nın verdiyi məlumata görə, rəsmi Çin gəmiləri bu ilədək Senkaku ətrafındakı Yaponiyanın ərazi sularına 11 dəfə girib.