Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Qarabağdakı son müharibə zamanı 11 minə yaxın erməni silahlısı yaralanıb.

Bu barədə işğalçı Ermənistan rejimi ordusunun hərbi-tibbi idarəsinin rəsmisi Gegam Paşikyan məlumat verib.

“44 günlük müharibə ərzində hospital və xəstəxanalarda 11 minədək hərbi qulluqçu qeydiyyatdan keçirilib”, – deyə o qeyd edib.

Bildirilib ki, onların 2%-i olduqca ağır yaralanıb, 7%-i ağır və 55%-i yüngül travmalar alıb.

Hazırda təxminən 1500 erməni hərbçisi müalicə almaqdadır, 885-i isə əlil olub.