Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, çexiyalı milyarder Pyotr Kelner Alyaskada baş verən vertolyot qəzasında ölüb.

Bunu onun sahibi olduğu PPF şirkətinin mətbuat katibi İtka Tkadlesova təsdiq edib.

Qəza nəticəsində 5 nəfər ölüb. 1 nəfər yaralı isə ağır, lakin stabil vəziyyətdə xilasedicilər tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 2020-ci il noyabr ayına olan məlumatda onun sərvəti 19 milyard dollar olaraq qiymətləndirilirdi.