Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa Şurası (AŞ) rəsmisi Kristian Danielsonla görüş zamanı bildirib ki, “dialoqu davam etdirməyə və mümkün olduğu qədər tez müvafiq razılıq əldə etməyə hazır olduğumuzu təsdiq edirik”.

Biz konkret qərarlar qəbul edən və nəticəyə köklənən tərəf olacağıq”, – deyə o qeyd edib.

Qaribaşvili deyib ki, hakim komanda AŞ-ın vəziyyətin gərginliyinin azaldılması və siyasi prosesin normal rejimdə aparılması istiqamətindəki vasitəçiliyini qiymətləndirir.

Baş nazirin mətuat xidmətinin məlumatına görə, Qaribaşvili və Danielson hakim partiya və müxalifət arasında olan ziddiyətli məsələləri müzakirə ediblər. Qanunun aliliyi və demokratik institutlara ehtiramın mühümlüyü, həmçinin beynəlxalq təşkilatların qiymətləndirilməsi vurğulanıb.

Görüşdə bir daha qeyd edilir ki, bütün tərəflər üçün ən mühüm olan Gürcüstan və Gürcüstan xalqı maraqlarının rəhbər götürülməsi və siyasi prosesin parlamentə keçirilməsinə yönəlmiş kompromisli qərar istiqamətində addımların atılmasıdır”, – deyə mətbuat xidmətindən bildirilib.

Əlavə edilib ki, Qaribaşvili bir daha Kristian Danielson və AŞ prezidenti Şarl Mişelə göstərdikləri vasitəçiliyə görə təşəkkürünü bildirib.