Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi səfərdə olduğu Tacikistanın paytaxtı Düşənbədə türk iş adamları ilə bir araya gəlib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, M.Çavuşoğlu görüşdə Türkmənistan, Özbəkistan və Qırğızıstana səfərlər reallaşdırdığını, daha sonra Qazaxıstanın xarici işlər naziri Muxtar Tileuberdi ilə görüş keçirdiyini qeyd edərək əlaqələri inkişaf etdirmək, Orta Asiya və Türk dünyasına üstünlük vermək istədiklərini ifadə edib.
Çavuşoğlu “Twitter” hesabındakı paylaşımında yazıb:
“Düşənbədə ilk olaraq Tacikistanla əlaqələrimizə əhəmiyyətli töhfələr vermiş iş adamlarımızla əməkdaşlıq imkanlarını qiymətləndirdik”.
Nazir Çavuşoğlu Tacikistan və Əfqanıstanın həmsədrliyi ilə keçiriləcək Asiyanın Ürəyi-İstanbul Prosesi üzrə 9-cu Nazirlər Konfransına qatılmaq üçün Tacikistanda səfərdədir.