
Az.shafaqna.com TRT-yə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “France 24” telekanalına verdiyi müsahibə zamanı deyib.
O “Bu münaqişəyə, daha doğrusu, Türkiyənin mümkün müdaxiləsindən narahatsınızmı?” sualına belə cavab verib:
“Açıq deyim ki, buna biganə ola bilmərik. Əlbəttə bu narahatlıq doğuran bir məsələdir”.
Mnatsakanyan, eyni zamanda Azərbaycanla sülh prosesini dəstəkləmək üçün yaxşı bir zəmin yaratmağa çalışdıqlarını da iddia edib.
Xatıladaq ki, Ermənistan ordusu 12 iyulda sərhədin Tovuz bölgəsində Azərbaycan mövqelərinə top atəşləri açaraq hücum edib və Azərbaycan ordusunun qarşı cavabı ilə itkilər verərək geri çəkilib.






























