Millimiz dünən beynəlxalq yoldaşlıq oyununda Qətərlə qarşılaşıb.

Az.Shafaqna.com xəbər verir ki, Macarıstanın Debretsen şəhərində keçirilən oyunda Qətər yığması qalib gəlib.

Hesabı 16-cı dəqiqədə millimiz açsa da, Qətər yığması 55 və 58-ci dəqiqədə ardıcıl iki qol vuraraq yekunda qələbə qazanmağı bacarıb.

Beynəlxalq yoldaşlıq oyunu

Qətər – Azərbaycan – 2:1

Qollar: Al Haydos, 55 (pen.), 58 – Ramil Şeydayev, 16 (pen.)