
Türkiyә Banqladeşdә rohinca müsәlmanlarının yaşadığı düşәrgәdә baş verәn yanğın zamanı zәrәr görәn Türk xәstәxanasının yenidәn xidmәt göstәrmәsi üçün bu ölkәyә yardım göndәrib.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın göstәrişi çәrçivәsindә Daxili İşlәr Nazirliyinә tabe olan Fövqәladә Hallar İdarәsi, Sәhiyyә Nazirliyi vә Әtraf Mühit vә Şәhәrsalma Nazirliyi bölgәyә yardım göndәrib.
Yardım bağlamalarını daşıyan tәyyarә Banqladeşә doğru hәrәkәt edib.






























