
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Şalva Papuaşvili “Gürcü Arzusu” partiyasının ictimaiyyətlə əlaqələr üzrə katibi vəzifəsini tutacaq.
Bu barədə Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze məlumat verib.
“Bu gün partiyanın siyasi şurasının, həmçinin parlament çoxluğunun iclası baş tutub. Biz bir neçə məsələni müzakirə etdik. Sizi məlumatlandırmaq istəyirəm ki, ictimaiyyətlə əlaqələr üzrə katib Şalva Papuaşvili olacaq”, – deyə Mdinaradze qeyd edib.
Onun sözlərinə görə, Şalva Papuaşvilinin beynəlxalq təşkilatlarla iş üzrə böyük təcrübəsi var.






























