
Az.shafaqna.com “Press TV”-a istinadən xəbər verir ki, İran və Çin hərtərəfli strateji əməkdaşlığa dair 25 illik saziş imzalayıb.
İmzaatma mərasimində İran və Çin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Van İ iştirak ediblər.
Tərəflər iki ölkənin siyasi, iqtisadi və strateji əlaqələrinin inkişaf yollarını müzakirə ediblər və uzunmüddətli əməkdaşlığa kömək üçün Pekin və Çin arasında sıx konsultasiyaların vacibliiyni qeyd ediblər.
Çin-İran strateji həmkarlığı barədə Çin Xalq Respublikasının sədri Si Cinpinin 2016-cı ildəki Tehran səfəri zamanı edilən birgə bəyanatda elan edilmişdi.
Yol xəritəsi əməkdaşlığa dair 20 bənddən, o cümlədən də siyasət, mədəniyyət, müdafiə, təhlükəsizlik və ədliyyət sahələrinə dair bəndlərdən ibarətdir.






























