Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketlər buraxmasını ABŞ və Cənubi Koreyanın birgə hərbi təliminin fonunda özünümüdafiə adlandırıb.

“Bu dəfə keçirilən yeni növ taktiki idarə edilə bilən raketin sınaq buraxılışı suveren dövlətin özünümüdafiə hüququna əsaslanan hərəkətdir”, – deyə qeqyd edilib.

Xatırladaq ki, 25 martda Şimali Koreya Yapon dənizinə 2 ədəd kiçik mənzilli ballistik raket atıb. Raketlər 60 km hündürlükdə 450 km qət edib.

Xatırladaq ki, bu, Şimali Koreyanın həftə ərzində keçirdiyi ikinci sınaqdır. Əvvəlki sınaq 23 martda baş tutub.