
Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, ABŞ-ın cənub-şərqində yerləşən Virciniya-Biç şəhərində (Virciniya ştatı) bir neçə atışma baş verib.
Bu barədə şəhər polisinin başçısı Pol Nyudigeyt məlumat verib.
Bildirilir ki, sahil yaxınlığında baş verən ilk insident nəticəsində 8 nəfər xəsarət alıb.
Daha sonra isə başqa ərazidə atışma baş verib. Polis silah tətbiq edib, nəticədə də 1 nəfər ölüb.
Bundan başqa, əvvəlki iki atışma ilə əlaqəli olmayan başqa bir atışmada da daha 1 nəfər ölüb.
Araşdırma çərçivəsində bir neçə şübhəli saxlanılıb. Onların hadisələrdə əllərinin olub-olmadığı yoxlanılır.






























