Jirinovskidən Rusiyadakı “ölü” kəndləri diriltmək üçün təklif

Az.shafaqna.com KP-a istinadən xəbər verir ki, Rusiyaya gələn Mərkəzi Asiya ölkələrindən olan əmək miqrantları sakinsiz qalan kəndlərə göndərmək lazımdır.

Bu təklifi Rusiya Liberal Demokrat Partiyası (RLDP) lideri Vladimir Jirinovski irəli sürüb.

Onun fikrincə, əcnəbilər Rusiyanın “ölü” kəndlərində ənənəvi əkinçiliklə məşğul ola bilərdilər.

Jirinovski qeyd edir ki, bu tədbir Rusiyadakı demoqrafik vəziyyəti yaxşılaşdıra bilər.

Bununla yanaşı, o, Rusiya şirkətlərini işə götürən zaman rusiyalılara üstünlük verməyə səsləyib.

O bildirib ki, üstəlik əcnəbi işçi qüvvəsindən istifadə edən işəgötürənlər bu cür əməkdaşları iş yerlərinə “xüsusi qatarlarda” aparmalıdırlar, onlar üçün orada bütün lazımi şəraiti yaratmalıdırlar, müqavilə bitəndən sonra isə onları vətənlərinə geri qaytarmalıdırlar.

Ötən il Rusiyadakı əmək miqrantlarının sayı azalıb. Əgər pandemiyayadək olan dövrdə onların sayı 11 milyon nəfər idisə, 2020-ci ilin sonunda bu rəqəm sadəcə 6 milyon nəfər təşkil edib. Əcnəbilər əsasən böyük iqtisadi potensialı olan – işləyib pul qazanaraq vətənlərində qalan ailələrini dəstəkləyə biləcəkləri şəhərlərdə toplanırlar.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş