“Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün “Cənnət Bağı” ağac və gül əkmə aksiyası təşkil etdik. Aksiyanın məqsədi Vətən Müharibəsində canlarını fəda etmiş 3000-ə yaxın şəhidimizə ithaf olaraq 3000 ağac və gül əkilməsidir.” Bunu Az.shafaqna.com-a gənc aktivist Turan Hüseynov bildirib. O bildirib ki, aksiya davam edir və aksiyaya qoşulmaq istəyən hərkəs məhəllərlərdə, iş yerlərində, küçələrdə bir sözlə, hər yerdə ağac vəya gül əkə bilər. Turan Hüseynov qeyd edib ki, əkilmiş ağac və güllərin sayını, foto vəya videolarını sosial şəbəkələrdə yayılmasını təmin etmək üçün turanhsynov@gmail.com email ünvanına göndərə bilərlər.
Bu məqaləni paylaş






