Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze nadir diaqnoza görə xəstəxanalıq oldu.

O, bu barədə sosial şəbəkədə məlumat verib.

Kaladzedə vertebro-bazilyar sindrom və vestibulopatiya aşkar edilib.

“Bu səbəbdən mən klinikalardan birində tibbi müayinədən keçirəm”, -deyə o qeyd edib.

Tbilisi meri həmçinin yazıb ki, diaqnoza baxmayaraq distant rejimdə işini davam etdirir.

Vertebro-bazilyar sindrom (VBS), vertebro-bazilyar arterial sistem sindromu – bu,  bazilyar və ya vertebral arteriyalarda qan axınının zəifləməsi nəticəsində baş beyin fəaliyyətinin pozulmasıdır.