26 mart tarixində bir sıra KİV-lərdə və sosial media səhifələrində guya Dövlət Sər­həd Xidmətinin hərbi qulluqçularının ərzaq təminatı üçün alınmış ət kon­servlərinin Ukrayna bazarlarında satılması barədə materiallar yerləş­dirilmişdir.

Az.Shafaqna.com” xəbər verir ki, bununla əlaqədar DSX rəsmi olaraq bildirib ki, bu materiallar həqiqətəuyğun deyil və qərəzli xarakter daşıyır:

“Dövlət Sərhəd Xidməti tərəfindən ərzaq mallarının alınması qüvvədə olan qanun­vericiliyinə əsasən dövlət satınalma pro­sedurlarına uyğun həyata keçirilir.”