Türkiyədə silahını təmizləyərkən ehtiyatsızlıq nəticəsində başından yaralanan Azərbaycan vətəndaşı Nihad Əliyev xəstəxanada vəfat edib.

Az.Shafaqna.com “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə ötən gecə İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən hoteldə baş verib.

Belə ki, iş adamı Nihad Əliyev lüks hoteldə başından tapança ilə atəş açıb. Bu zaman onun yanında hotelin lobbisində tanış olduğu üç qadın olub. Həmin qadınlar izahatlarının alınması üçün polis bölməsinə aparılıb.

Ağır yaralanan N.Əliyev yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.