14 iyulda Ermənistan ordusunun Azərbaycanın Tovuz rayonu ərazisində hücumuna cavabdan sonra baş vermiş silahlı toqquşmalarda yaralanan Ermənistan Ordusunun hərbçisi ölüb.

Az.shafaqna.com xəbər verir ki, bu haqda “ermenihaber” saytı məlumat yayıb.

Məlumata görə, 14 iyulda ağır yaralanan hərbçi Artur Muradyan xəstəxanada ölüb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun döyüşlərdə itkilərini gizlətdiyini bildirmişdi.