Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Myanmada hərbi çevrilişə qarşı keçirilən etiraz aksiyalarında ölənlərin sayı 320 nəfərə çatıb.

Təkcə ötən sutka ərzində 34 nəfər ölüb.

BU barədə Myanmadakı Siyasi Məhbuslara Dəstək Assosiyasiyası (AAPP) məlumat verib.

Bildirilir ki, 264 nümayişçi polis və hərbçi zorakılığının qurbanı olub. 56 nəfərin ölüm səbəbi ilə hələ müəyyən edilməyib.

Ölənlərin əksəriyyəti 18-24 yaş aralığında olan gənc insanlardır.

Özünü Kaçina regionunda etirazçıların hüquqlarının müdafiəçisi elan edən “Kaçina Azadlıq Ordusu” isə daha bir ordu blokpostu üzərində nəzarəti ələ alıb.