
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın mədəniyyət naziri Tea Tsulukiani bildirib ki, əgər Giorgi Qaxariya siyasi səhnəyə qayıdarsa, o, hökumət üçün əsl müxalifət olacaq.
Nazir qeyd edib ki, Qaxariyanın qayıdışı “Gürcü Arzusu” komandasına ziyan vuracaq.
Qaxariyanın yüksək peşəkarlığa sahib biri olduğunu deyən Tsulukiani əlavə edib ki, sabiq baş nazirin digər müxalifətdən fərqi budur ki, onun bəzi üstünlükləri olacaq – “o, komandanı yaxşı tanıyır”.
“Mən onun rəhbərliyi altında baş nazir müavini, ədliyyə naziri olmuşam, o, mənim güclü və zəif tərəflərimi bilir, lakin mən də onun güclü və zəif tərəflərini bilirəm. Şəxsən mənim üçün bu, maraqlı müxaliflik prosesi olacaq, bunun onun qələbəsi ilə başa çataçığına olduqca şübhə edirəm”, – deyə o bildirib.






























