
Azərbaycanda 502 mindən artıq vətəndaş COVID-19 koronavirus infeksiyası əleyhinə vaksinasiya edilib. Bu barədə “Az.shafaqna.com”a Operativ Qərargahdn məlumat verilib.
“Azərbaycanda 2021-ci il mart ayının 24-nə 20,65 min vətəndaş COVID-19 xəstəliyinə qarşı vaksinasiya edilib. Ümumilikdə, 502,174 min nəfər COVİD-19 əleyhinə vaksinasiya olunub”, – Qərargahdan qeyd olunur.
Azərbayan əhalisi 10,122 milyon nəfəri ötür. Beləliklə, əhalinin 4,96%-i COVİD-19 əleyhinə vaksinasiya edilib.
2021-ci il yanvarın 18-də Azərbnaycanda koronavirus əleyhinə vaksinasiya prosesinə start verilib.
“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesihəyata keçirilir.






























