Türkiyədə yeni tip korona virusundan (Covid-19) martın 25-də 157 nəfər dünyasını dəyişib. Bununla epidemiya başlanandan bu yana həyatını itirənlərin sayı 30 min 619 olub.

Az.shafaqna.com xəbər verir ki, Türkiyədə bir sutkada 222 min 753 test edilərək 1210 yeni xəstə müəyyən edilib.

Gündəlik yoluxma sayı 28.731-dir.

Müalicəsi tamamlanan 19.186 nəfərlə sağalanların sayı 2 milyon 900 min 829-a yüksəlib.