“Müxalifətin mitinqi iki ay əvvəl elan etdiyi hər hansı bir ölkənin adını çəkin. Bu nə göstərir? Öz dəstəkçiləri də elan etdikləri mitinqə qatılmırlar”.

Az.shafaqna.com InterPress-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, müxalifət tamamilə anlaşılmazlıq içindədir.

“İki ay sonra müxalifətin elan etdiyi mitinqin keçirilməsinə gəldikdə, bilmirəm … Müxalifətin mitinqi iki ay əvvəl elan etdiyi hər hansı bir ölkənin adını çəkin. Bu nə göstərir? Artıq öz tərəfdarları da elan etdikləri mitinqlərə getmirlər. Bu bir daha müxalifətin, çox sadə dillə desək, tamamilə anlaşılmazlıq içində olduğunu göstərir. Çox ciddi, fəlakətli bir vəziyyətdədirlər. Radikal, Saakaşvili qənədini  və ümumiyyətlə onların radikal hərəkətlərini nəzərdə tuturam. Başqa bir şərh edə bilmərəm”. – deyə baş nazir bildirib.

Qeyd edək  ki, müxalifət partiyaları mayın 15-də Tbilisinin Rustaveli küçəsində geniş miqyaslı mitinq elan ediblər.