Almaniya kansleri Angela Merkel Bundestaqda etdiyi çıxışında Türkiyəni müdafiə edən çıxış edib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Merkel Avropa İttifaqının inkişafı və çiçəklənməsi üçün alyansa üzv olmayan qonşular ilə güçlü münasibətlərin vacibliyini ifadə edib.

“Bu qonşular arasında NATO üzvü Türkiyə ilk sırada iştirak etməlidir”, – deyə Merkel bildirib.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borelin sözügedən çoxtərəfli əlaqələrə dair bir hesabat hazırladığını ifadə edən Merkel Aralıq dənizinin şərqində cərəyan edən proseslərə də toxunaraq “Son zamanlarda Kiprdə və Yunan ərazi sularında yaşanan provokatif fəaliyyətlərdən sonra Türkiyənin Şərqi Aralıq dənizində gərginliyi azaldacaq addımlar ataraq Yunanıstanla yenidən dialoq qapılarını açmasını yüksək qiymətləndiririk. Kiprin gələcəyinə dair 5+1 danışıqları Birləşmiş Millətlər Təşkilatının rəhbərliyində davam edəcək”, -deyə əlavə edib.

İllərdir Almaniyada çox sayda Türkün yaşadığına diqpqət çəkən Merkel ölkəsi ilə Türkiyə arasında güçlü münasibətlərin olduğunu, buna biganə qalmamaq üçün Türkiyə ilə Avropa İttifaqı arasında yenidən yüksək səviyyədə dialoqun başladılması məsələsini müzakirə edəcəklərini vurğulayıb.