
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin xarici işlər naziri Vanq Yini qəbul edib.
Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, dünən Türkiyəyə səfərə gələn Çinin XİN başçısı bu gün Prezident İqamətgahında dövlət başçısı Ərdoğan tərəfindən qəbul edilib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu da çinli həmkarı ilə Ankarada təkbətək görüşəndən sonra tərəflər heyətlərin iştirakı ilə müzakirələri davam etdiriblər.
Sonra nazirlər koronavirus (Covid-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aparılan peyvəndləmə ilə bağlı Türkiyə-Çin əməkdaşlığını nümayiş etdirən sərgiyə baxıblar.






























