
Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Yozqat şəhərinin prokurorlarından olan Özləm Salkım ad günü mərasimində başından güllə ilə vurulub.
Ağır yaralı halda xəstəxanaya çatdırılan prokurorun həyat təhlükəsi davam edir.
Olay yerində olan 4 nəfərin saxlanıldığı və istintaq başladıldığı bildirilir.
Prokurorluqdan verilən məlumata görə, hadisə yerində istifadə olunan silah və mərminin altlığı, həmçinin digər dəlillər toplanıb.
Hadisənin ehtiyatsızlıq üzündən baş vermə ehtimalı böyük olsa da, bütün versiyalar araşdırılır.
DHA yaralının xəstəxanaya gətirilmə anının videosunu yayıb.






























