Daha bir ölkə AstraZeneca-dan imtina etdi

Hindistan “Oxford-AstraZeneca” yeni tip koronavirus (Covid-19) əleyhinə peyvəndin ixracını yoluxma hallarının artması ilə ölkə daxilində ehtiyac duyulması səbəbindən müvəqqəti dayandırmağa qərar verib.

BBC-dəki xəbərə görə, Hindistan Xarici İşlər Nazirliyinin səlahiyyətliləri ölkədə yoluxma hallarının artması nəticəsində Hindistan Serum İnstitutu tərəfindən istehsal olunan “Oxford-AstraZeneca” peyvəndinin  digər ölkələrə ixracının müvəqqəti dayandırıldığını  açıqlayıb.

Səlahiyyətlilər artan yoluxma hallar səbəbiylə peyvəndin ölkə daxilində istifadəsinə ehtiyac duyulduğunu bildirib.

Bu vəziyyətin digər ölkələrə peyvəndlərin aprelin sonuna qədər çatdırılmasında bir qədər gecikməyə səbəb ola biləcəyi qeyd edilib.

Hindistan Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində 47 min 262 yeni yoluxma aşkar edilib. Son 24 saat ərzində 275 nəfərin ölümü ilə virus səbəbiylə ölənlərin sayı 160 min 441-ə yüksəlib.

Digər tərəfdən, Hindistanın qərb əyalətlərində “Covid-19″un “Qoşa mutant” variantı aşkar edilib.

Bu məqaləni paylaş