
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Niderlandda Rotterdam şəhər polisi əməkdaşlarının qalmaqallı və özündə irqçilik və ksenofobiyanın təbliğatını ehtiva edən yazışması araşdırılır.
Yerli KİV-lərin məlumatına görə, Rotterdam polisinin əməkdaşları “WhatsApp” yazışmasında 16 yaşlı türk E.Hümeyranın qətli barədə “Bir türk daha azaldı” ifadəsini işlədiblər.
İstintaq müəyyən edib ki, hüquq-mühafizə əməkdaşları milli azlıqlar və dini icmaların nümayəndələrinə qarşı dəfələrlə təhqirlərə yol veriblər.
Rotterdam polisinin rəisi Fred Vesterbeke polislərin mövqeyini pisləyərək onu “alçaldıcı” adlandırıb.
Onun sözlərinə görə, polis əməkdaşlarının barəsindəki araşdırma davam etdirilir.






























