
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bəyan edib ki, artan hərəkətlilik, xüsusilə də maskadan istifadə göstəricisinin azalmasının fonunda, yoluxma hallarının artması ilə düz mütənasibdir.
Qabuniya əhalini ehtiyatlı olmağa səsləyib və bildirib ki, epidemioloji vəziyyət ağırlaşarsa, nöqtəvi məhdudiyyətlər gündəliyə çıxarılacaq.
“Əgər hər hansı bir regionda epidemioloji mənzərə daha riskli olarsa, nöqtəvi məhdudiyyətlər mütləq gündəliyə çıxarılacaq. Səhiyyə nazirliyi həqiqətən bir daha noyabr-dekabr aylarında yaşanan dalğalarla mübarizə apara bilməyəcək. Beləliklə, son dərəcə ehtiyatlılıq tələb olunur”, – deyə o qeyd edib.
Qabuniyanın sözlərinə görə, hər gün regional təhlil aparılır və müvafiq qərarlar qəbul edilir.
“Sabah Quriyaya səfər planlaşdırırıq, vəziyyəti yerindəcə ətraflı öyrənəcəyik. Halların artımının İmeretidə daha aktiv ola bilməsi ilə bağlı bəzi əlamətlər var. Biz bu analizi yerli nümayəndələrin iştirakı ilə keçirəcəyik, bundan sonra isə qərar qəbul ediləcək”, – deyə Səhiyyə Nazirliyinin rəsmisi əlavə edib.






























