
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Az.shafaqna.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib, aktiv xəstə sayı 13 118 nəfərdir. Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.
Az.shafaqna.com-un hesablamasına görə, günün statistikasına əsasən, Azərbaycanda koronavirusa ümumi 250 921 nəfər yoluxanların 234382 nəfəri – yəni 93.41 faizi sağalıb, 5.23 faiz və ya 13 118 aktiv xəstə var. Ölkə üzrə ümumi yoluxanların – yəni 239692 nəfərin 1.36 faizi (3421 nəfər) dünyasını dəyişib.






























